
Molla Sədra bir sıra səbəblərə görə İslam fəlsəfəsi tarixində mühüm yer tutur. Birincisi, onun əsərləri bunu söyləməyə imkan verir. Xüsusilə onun çox cildlik əsəri “Ağlın dörd səyahəti” - bir növ İslam fəlsəfəsinin ensiklopediyasıdır. Öz sələflərinin ideyalarını olduqca ətraflı ifadə edən Molla Sədra eyni zamanda onların fəlsəfi ideyalarının dərin tənqidi təhlilini vermişdir. İkincisi, Molla Sədra müəllimi Mir Məhəmməd Bakir Damad tərəfindən əsası qoyulmuş İsfahan fəlsəfi məktəbini daha da gücləndirmişdir. Ən istedadlı adamlar, o cümlədən Molla Sədra kimi filosof tərəfindən kamilliyə çatdırılan İsfahan fəlsəfi ənənələri “transendent (təcrübə ilə dərk edilməyən) müdriklik” adı ilə məşhur olmuşdur. O diskursiv (formal məntiqi nəticələrə əsaslanan) düşüncənin, intuitiv (seyr etmə yolu ilə) nurlanmanın və praktiki müdrikliyin yaxınlaşmasının nümunəsi kimi özünü göstərmişdir.